- Baxış sayı: 38
- 10 Dekabr 2024 16:34
- Baxış sayı: 53
- Dekabr 11, 2024
- 0
Avstriya paytaxtı Vyanada Avropa cüdo birliyinin növbədənkənar konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, 51 üzv ölkənin 49-nun iştirak etdiyi tədbirdə ölkəmizi ACF-in vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu təmsil ediblər.
BCF-in prezidenti və ACB-nin fəxri prezidenti Marius Vizerin də iştirak etdiyi toplantıda ACB-nin prezidenti və idarə heyətinə seçkilər baş tutub. Səsvermə nəticəsində Macarıstan təmsilçisi Laslo Tot təşkilatın yeni prezidenti seçilib. 62 yaşlı idman diplomatı 24 ildən çoxdur ki, Macarıstan cüdo assosiasiyasına rəhbərlik edir və 7-ci dan dərəcəsinə malikdir.
Üzvlərin səsverməsi nəticəsində həmçinin, Avstriya təmsilçisi Martin Poyger təşkilatın baş katibi və Malta təmsilçisi Envik Qalea isə Birliyin xəzinədarı vəzifələrinə seçiliblər.