Avropa kuboku böyük heyətlə

1-2 oktyabrda Sloveniyanın Sele şəhərində cüdo Avropa kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, gənclərdən ibarət millinin yığmanın baş məşqçisi Elxan Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçisi Mehman Əzizov və qadınlardan ibarət seçmənin məşqçisi Elnur İsmayılov rəhbərliyi ilə 24 ölkədən 260 idmançının qatılacağı turnirdə Azərbaycan 18 nəfərdən ibarət heyətlə təmsil olunanaq.

Bunlar Ramilə Əliyeva (48 kq), Zeynəb Məmmədova, Ülviyyə Bayramova (hər ikisi – 52 kq), Gülnarə Bayramova (57 kq), Aytəkin Paşazadə (78 kq); Kənan İsmayılov, Rəşad Yelkiyev (60 kq), Ruslan Paşayev, Samir Piriyev, Tofiq Məmmədov, Sabir İsmayılov (hamısı – 66 kq), Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (73 kq), Məhərrəm İmamverdiyev, Adil Adilzadə (81 kq), İbrahim Ağakişiyev (90 kq), Süleyman Yaqubov (100 kq) və Camal Həmzətxanovdur (+100 kq).

Həmin kateqoriyadan