- Baxış sayı: 41
- 21 Mart 2025 21:30
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
15-16 fevralda Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunda Azərbaycan cüdoçuları 2 qızıl, 2 gümüş və 6 bürünc medal əldə edib.
Allsport.az xəbər verir ki, idmançılar yarışda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
İki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub. Turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal əldə olunub.
Yarışın ikinci günündə 73 kq çəkidə Səid Şərifov, bürünc, 81 kq çəkidə Amin Mehdiyev və Abdullah Rəhmətov, +90 kq çəkidə Sübhan Axundov bürünc medal əldə edib. 73 kq çəkidə yarışan Məhəmməd Ağakişiyev 7-ci yeri tutub.