- Baxış sayı: 26
- 27 Aprel 2025 12:50
- Baxış sayı: 38
- Aprel 27, 2025
- 0
Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa kubokunda milli daha 2 medal qazanıb.
Allsport.az xəbər verir ki, 40 kq çəki dərəcəsində mübarizə aparan Mədinə Hüseynova və 44 kq çəkidə qüvvəsini sınayan Xədicə Abdullayeva bürünc medala yiyələniblər.
Bununla, milli cüdoçularının Avropa kubokunda əldə etdiyi medalların sayı 3-ə çatıb. Daha əvvəl Aysun Məmmədova (52 kq) yarışın qızıl medalına sahib çıxmışdı.
Bu gün daha 5 təmsilçi tatamiyə çıxacaq.