Avropa kubokunun 2-ci günündə daha 5 mükafat qazanılıb

Antalyada yeniyetmə cüdoçuların Avropa kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, sonuncu mübarizə günündə Azərbaycan millisi hesabına daha 5 medal yazdırıb.

Cəfər Əkbərli (90 kq) qızıl, Adil Kərimli (90 kq), Məhəmməd Abdullayev (+90 kq) gümüş, Günel Bəkirzadə (57 kq) və Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıblar.

İlk gündə ölkəmizi təmsil edən Əli Əsgərli (50 kq), Əmrah Səlimli (55 kq) və Knyaz Mahmudlu (66 kq) 1-ci, Rüfət Məmmədov (60 kq) 3-cü olmuşdu. Avropa kuboku yarışlarında 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.

Həmin kateqoriyadan