“Avropa kubokunun Göygöldə keçirilməsi, bölgələrdə cüdonun təbliğində böyük rol oynayacaq”

Ölkəmiz ilk dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna ev sahibliyi edəcək. Allsport.az saytı xəbər verir ki, ACF-in baş katibi Rəşad Rəsullu, öncələr dünya çempionatı, “Böyük dəbilqə”, qran pri və digər beynəlxalq yarışların təşkil edildiyini qeyd edi:

“Növbəti belə yarışımız 4-6 noyabrda “Böyük dəbilqə” yarışı olacaq. Lakin, indiyə qədər BCF və ACB-nin rəsmi təqviminə daxil olan və ölkəmizdə keçirilən beynəlxalq yarışlar adətən Bakıda təşkil edilib və bir qayda olaraq, böyüklər arasında keçirilib.

Avropa kuboku isə regionda təşkil edilən ilk rəsmi beynəxalq statuslu yarış olacaq və yeniyetmələr arasında keçiriləcək. Bu baxımdan, bu yarışın cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rolu olacaqdır”.

O, həmçinin bu yarışın yeniyetmələrdən ibarət milli yığmanın üzvlərinin öz peşəkarlıqlarını artırmaları, həmçinin növbəti il yeniyetmələr arasında Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyən edilməsi baxımından mühüm rol oynayacağını da qeyd edib.

Həmin kateqoriyadan