Avropa kubokunun ilk günündə 1 qızıl, 3 gümüş və 1 bürünc medal

Rusiyanın Sankt-Peterburq şəhərində Avropa kubokunun ilk günündə gənc cüdoçularımız uğurlu çıxış ediblər. Allsport.az saytı xəbər verir ki, 55 kq-da Rövşən Əliyev bütün rəqiblərinə qalib gəlib.

Balabəy Ağayev (55 kq), Ramilə Əliyeva (48 kq), Yaşar Nəcəfov (60 kq) gümüş medalla kifayətləniblər. Əhməd Yusifov (60 kq) 3-cü yer tutub.

Həmin kateqoriyadan