Avropa kubokunun ilk günündə 2 qızıl və 1 gümüş medal

Cüdo millimiz komanda hesabında 1-ci yerdədir

Bu gün Sankt-Peterburqda yeniyetmə cüdoçular arasında Avropa kuboku start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günü millimiz üçün uğurlu olub.

Tamaşaçılar 55 kq-da Azərbaycan finalına şahidlik ediblər. Gərgin mübarizədə Natiq qurbanlı komanda yoldaşı Sadiq Məhərrəmova qalib gəlib.

Bu, starda ilk qızıl medalımız olmayıb. Hidayət Heydərov (66 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlk günün nəticəsinə əsasən, millimiz komanda hesabında 1-ci yerdədir.

Həmin kateqoriyadan