Avropa kubokunun qalib cüdo komandası Vətəndə xoş ovqatla qarşılanıb

İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçuların Avropa kubokunda böyük uğur qazanan millimiz Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, yarışda 4 qızıl, 2 gümüş və 1 bürüc medal qazanan və komanda hesabında 1-ci olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında ACF-in rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, KİV və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.

Xatırladaq ki, Avropa kubokunda Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq), Məhəmməd Abdullayev (90 kq) və Vüsalə Kərimova (40 kq) qızıl, Knyaz Mahmudlu (66 kq), Adil Kərimli (90 kq) gümüş və Nazir Talıbov (50 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan