Avropa ölkələri boykot etməyə hazırlaşır

Avropa ölkələri boykot etməyə hazırlaşır

Avropa ölkələri FİFA prezidenti Canni İnfantinonun dünya çempionatının payının bir hissəsini özəl investorlara satmaq planına etiraz əlaməti olaraq turniri boykot etməyə hazırdır.

Allsport.az xəbər verir ki, bu həftə UEFA-ya üzv ölkələrin iştirakı ilə fövqəladə iclas keçiriləcək.

Toplantıda İnfantinonun planı və mümkün boykot məsələsi müzakirə olunacaq.

Bundan əvvəl FİFA prezidentinin mundialın kommersiya hüquqlarının bir hissəsinin satılması ilə bağlı layihə hazırladığı bildirilmişdi. İddialara əsasən, bu plan İnfantinoya şəxsi olaraq on milyonlarla funt sterlinq qazandırmaq potensialına malikdir. Danışıqların isə ABŞ prezidenti Donald Tramp administrasiyasına yaxın şəxslərlə aparıldığı qeyd olunub.

UEFA da məsələ ilə bağlı narahatlığını ifadə edib və planın təşkilatın üzv assosiasiyaları arasında ciddi müzakirələrə səbəb olduğu vurğulanıb.

Həmin kateqoriyadan