Avropa oyunlarında 1-ci olub! Daha 13 sumoçumuzun səfərinə idman nazirliyi maliyyə ayırmayıb

Krakov-2023 Avropa oyunları davam edir. Allsport.az saytı xəbər verir ki, dünən bir sumoçumuz mübarizəyə qoşulub. 100 kq-da Çingiz Səmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu mötəbər tədbirdə adı çəkilən növdə mükafatlar çox ola bilərdi. Amma gənclər və idman nazirliyi yetərincə maliyyə ayırmadığından, 13 idmançı Polşaya yollana bilməyib.

Ümumilikdə, bu oyunlara 14 vəsiqə qazanılmışdı. Bu gün komanda yarışında və mütləq çəkidə rəqabətə başlanılacaq. Amma hər heyətdə 3 nəfər təmsil olunduğundan, Azərbaycan bu mücadiləyə də qatıla bilməyəcək.

Nəzərinizə çatdıraq ki, Beynəlxalq olimpiya komitəsinin bayrağı altında keçirilən tədbirlərə yerli milli olimpiya komitələri məsuldurlar. Amma Krakov-2023 üçüncü Avropa oyunlarında maliyyə və bütün səlahiyyət gənclər və idman nazirliyindədir.

Həmin kateqoriyadan