Avropa yay olimpiya festivalında cüdo üzrə qarışıq komanda yarışında 1-ci olduq

XVI Avropa yeniyetmələrin yay olimpiya festivalında cüdo üzrə qarışıq komanda yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, komandamızın heyətində 4 qız və 6 oğlan cüdoçu yer alıb.

Qızlardada Könül Əliyeva və Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (63 kq), Nigar Süleymanova (+63 kq), oğlanlarda Nurlan Kərimli və Eltac Yusifli (66 kq), Qadir Hüseynov və İsmayıl Zamanov (81 kq), Əjdər Bağırov və Kənan Nəsibov (+81 kq) mübarizə aparıblar.

Millimiz yarımfinalda Fransanı 4:3, həlledici görüşdə Ukraynanı 4:0 məğlub edib. Fərdi yarışda 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanılıb. Cüdoçular ümumilikdə 2 qızıl, 4 gümüş və 2 bürünc medala sahib olublar.

Həmin kateqoriyadan