Avropada 2-ci olan cüdo millimiz Vətəndə yüksək ovqatla qarşılanıb

Latviya paytaxtı Riqada qitə birinciliyində böyük uğur qazanan yeniyetmə cüdo millimiz Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında komandamızı ACF-in əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.

Mötəbər yarışda Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) bütün rəqiblərinə qalib gəliblər. Finalda məğlub olan Aydın Rzayev (60 kq) gümüş mükafatla kifayətlənib. Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) 3-cü yer tutublar.

Azərbaycan komanda hesabında Rusiyadan sonra 2-ci yer tutub. Millimiz İsrail, Fransa, Almaniya, Ukrayna, Gürcüstan, Belçika, İsveçrə və İtaliya kimi böyük cüdo ənənələri olan ölkələri qabaqlayıblar.

Возможно, это изображение (текст «CADET EUROPEAN JUDO CHAMPIONSHIPS RIGA 2021 LATVIA NATION 1 Russia 2 5 4 $ 2 Azerbaijan Israel 3 1 2 France 2 5 1 1 1 1 1 1 7 1 + 1 1 8 0 Germany Ukraine Georgia Belgium Switzerland 2 1 0 2 1 0 10 1 Italy 1 0 0 0 2 2 eju.net»)

Həmin kateqoriyadan