Avstriyalı mütəxəssis Əbu-Dabi “Böyük dəbilqə”sində hansı cüdoçularımıza şans verəcək?

Oktyabrın 28-30-da Əbu-Dabidə cüdoçuların “Böyük dəbilqə” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışa Azərbaycan millisi də iştirak edəcək.

Baş məşqçisi Peter Zayzenbaher Birləşmiş Ərəb Əmirliklərinin paytaxtına Oruc Vəlizadə, Mehman Sadıqov (hər ikisi – 60 kq), Vüqar Şirinli, İlqar Müşkiyev (66 kq), Rüstəm Orucovla, Fəqan Quluzadə (73 kq), Elvin Əhmədli, Ruslan Fərruxzadə (81 kq), Məmmədəli Mehdiyev, Firudin Dadaşov (90 kq), Elxan Məmmədov və Cəlil Şükürovla (100 kq) yollanacaq.

 

Həmin kateqoriyadan