- Baxış sayı: 76
- 18 İyun 2026 15:21
- Baxış sayı: 42
- İyun 19, 2026
- 0
Cüdo üzrə Avstriya milli komandasının “Bakı-2015” ilk Avropa Oyunları üçün heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, turnirdə Avstriyanı 9 cüdoçu təmsil edəcək.
Kişilərin mübarizəsində “Pekin-2008” Olimpiya Oyunlarının gümüş medalçısı, ikiqat Avropa çempionu Ludviq Paisxer (68 kq), Marsel Ott (81 kq), Kristof Kronberqer və Daniel Allertrofer (hər ikisi 100 kq) tatami üzərinə çıxacaqlar.
Qadınların yarışında isə Sabrina Filzmoser, Tina Zeltner (hər ikisi 57 kq), Hilde Deksler, Katrin Untervurzaxer (hər ikisi 63 kq) və Bernadett Qraf (70 kq) birincilik uğrunda mübarizə aparacaqlar.