“Ayaks”, Eduardı “Krasnodar”dan 10 milyon avroya ala bilər

“Krasnodar”ın yarımmüdafiəçisi Eduard, karyerasını Niderlandın “Ayaks”ında davam etdirə bilər.

Allsport.az xəbər verir ki, Amsterdam komandası futbolçunun transferi ilə bağlı danışıqlara iyunun 11-də keçiriləcək danışıqlara, Rusiya kubokunun Superfinalından dərhal sonra başlayacaq.

 “Krasnodar” yarımmüdafiəçi ilə 10 milyon avro və bonuslar müqabilində ayrılmağa hazırdır.

23 yaşlı Eduard bu mövsüm Rusiya təmsilçisinin heyətində 40 oyuna çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan