- Baxış sayı: 164
- 20 Sentyabr 2026 11:23
- Baxış sayı: 91
- Oktyabr 08, 2026
- 0

Çimərlik polosu üzrə beynəlxalq turnirdə finalçılar müəyyənləşib.
Allsport.az xəbər verir ki, “Sea breeze 2026” beynəlxalq çimərlik polosu turnirinin həlledici qarşılaşmasında “Elite polo klub” və İsveçrənin “Sankt Moritz” komandaları üz-üzə gələcəklər.
Azərbaycan təmsilçisi finala Böyük Britaniyanın “Red Star” klubunu 9:7 hesabı ilə məğlub edərək yüksəlib. “Elite polo klub”ın kapitanı Elçin Camallı ilk oyunda olduğu kimi, bu görüşdə də məhsuldarlığı ilə seçilib. O, komandasının 9 qolundan 6-sına imza atıb.
“Sankt Moritz” isə finala gedən yolda Rusiyanın “Moskva polo klub” kollektivini 6:4 hesabı ilə məğlub edib.
Üçüncü yer uğrunda görüşdə “Moskva polo klub” və “Red Star” üz-üzə gələcək.