- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

Sabah Kişinyovda beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Moldova və Azərbaycan futbolçuları qarşılaşacaqlar. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında seçməmizin müdafiəçisi Azər Salahlı bunu söyləyib:
“Sabah bizi ağır oyun gözləyir. Moldova yığması çox yaxşı komandadır. Buna baxmayaraq, oyuna yaxşı hazırlaşmışıq. Moldovanın oyunlarını analiz etmişik.
Baş məşqçi rəqibin oyunlarını izləyib. Bizi bu barədə məlumatlandırıb. Yoldaşlıq oyunları olmasına baxmayaraq, bizim üçün çox vacibdir. Sabahkı oyunda da yaxşı oyun göstərib qalib gəlmək istəyirik”.