Azər Şıxəliyevə 6-cı DAN sertifikatı təqdim edildi

Hövsan qəsəbəsində yerləşən fövqəladə hallar nazirliyinin (FHN) idman sağlamlıq mərkəzində keçirilən 15 yaşa qədər kiçik yaşlı yeniyetmələr arasında Bakı şəhər birinciliyinin sonuncu yarış günündə əməkdar məşqçi Azər Şıxəliyevə 6-cı DAN sertifikatı təqdim edilib.

Allsport.az xəbər verir ki, Azər Şıxəliyev 12 il Azərbaycan cüdo üzrə milli yığmasının məşqçisi kimi çalışmışdır, bir sıra dünya və Avropa mükafatçıları yetişdirib.

DAN sertifikatı Azərbaycan cüdo federasiyası prezidentinin müşaviri Natiq Bağırov tərəfindən təqdim olunub.

DAN, ustalıq dərəcəsinə və şəxslərin cüdoya verdiyi töhfələrə əsasən təqdim edilir. 6-cı DAN dərəcəsi Azərbaycan cüdo federasiyasının verəcəyi ən yüksək dərəcədir, bundan yüksək digər DAN dərəcələri isə beynəlxalq cüdo federasiyası və Avropa cüdo birliyi tərəfindən təqdim olunur.

Həmin kateqoriyadan