- Baxış sayı: 42
- 10 Avqust 2026 21:53
- Baxış sayı: 91
- Avqust 10, 2026
- 0

Qadın həndboldçulardan ibarət “Azəryol” avrokuboka hazırlaşır. Allsport.az saytı xəbər verir ki, komandamız bu məqsədlə Ukraynanın Ujqorod şəhərinə yollanıb.
Azərbaycan çempionu EHF kubokunda Ukraynanın “Qaliçanka” klubu ilə qarşılaşacaq. Razılaşmaya əsasən, hər 2 oyunu Lvovda keçirəcək. İlk görüş sentyabrın 7-də, cavab matçı ertəsi gün olacaq.
Qeyd edək ki, “Qaliçanka”nı vaxtı ikən “Azəryol”un baş məşqçisi Georgi Voronov çalışdırıb.