- Baxış sayı: 48
- 06 Avqust 2026 16:45
- Baxış sayı: 204
- Avqust 05, 2026
- 0
Polşada cüdo üzrə Avropa kata turniri keçirilib.
Allsport.az xəbər verir ki, yarışda Azərbaycan millisi də iştirak edib.
İsmayıl Rzayev (tori) və İbrahim Aslanov (uke) böyüklər arasında “Nage-no-Kata” üzrə mübarizə aparıblar. Onlar yarışı 353,5 xalla başa vurublar.
Bu, cüdoçularımıza bürünc medal qazandırıb. Azərbaycan cüdo tarixində ilk dəfə idmançılarımız katada medal əldə ediblər.
Qeyd edək ki, turnir Radom şəhərində baş tutub.