Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 1-ci yeri tutdu

Almaniyanın Bremen şəhərində keçirilən gənclər arasında beynəlxalq masters turnirində təmsilçilərimiz 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Allsport.az xəbər verir ki, yarışda 21 ölkəni, o cümlədən Yaponiya, Braziliya, Almaniya, Fransa və Niderlandı təmsil edən 700-ə yaxın idmançı iştirak edib. Azərbaycan cüdo üzrə gənclərdən ibarət milli yığma komandanın 17 üzvü ilə təmsil olunub. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və komandanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edib.

Nicat Şirinov (60 kq) və Qadir Hüseynov (73 kq) qızıl medal, Aydın Rzayev (66 kq) gümüş medal, Əli Hacıyev isə (60 kq) bürünc medal qazanıb.

Məmmədrza Hacızadə (81 kq) 5-ci yerdə, Əjdər Bağırov, Nicat Şıxəlizadə (90 kq), Atabala Niftəliyev, Tamerlan Cabbarov (100 kq) və Məhəmməd Məhəmmədzadə (+100 kq) 7-ci yerdə qərarlaşıb.

Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 1-ci yeri tutub.

Həmin kateqoriyadan