- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Bu gün Tatarıstan paytaxtı Qazanda cüdoçuların komanda üzrə Avropa çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, şəxsi yarışda uğurlu çıxış edərək, bu rəqabətə qatılmaq hüququ qazanan millimiz “D” qrupunda ilk görüşdə Latviyanı 4:1 üstələyib.
Növbəti qarşılaşmada gözlənilmədən 2:3 Polça komandasına uduzan Peter Zayzenbaxerin dəstəsi, təsəlliverici matçda Yunanıstana 3:2 qalib gəlib.
Bürünc medallar uğrunda tutaşmada Fransa kollektivi ilə üz-üzə gələn millimiz rəqibini üstələyərək, komandalararası Avropa çempionatının bürünc medalını qazanıb – 3:2.