Avropa kubokunda 6 medal

Allsport.az xəbər verir ki, Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa kubokunda cüdoçularımız ümumilikdə 1 gümüş və 5 bürünc medala sahib olublar.

Turnirin ilk günü təmsilçilərimiz 1 gümüş və 3 bürünc medal qazanıblar. Yarışın 2-ci günündə oğlanların mübarizəsində 90 kq-da İsmayıl Zamanov və +100 kq-da Kənan Nəsibov bürünc medal əldə edib.

81 kq-da Ömər Rəcəbli və 90 kq çəkidə Əjdər Bağırov yarışı 5-ci yerdə tamamlayıblar. Qızların mübarizəsində isə 48 kq-da Leyla Dəmirova turniri 5-ci yerdə başa vurub.

Həmin kateqoriyadan