Azərbaycan cüdosunun 50-illiyinə yubiley loqosu

Azərbaycanda cüdonun təşəkkül tapmasının 50 illiyi ilə bağlı federasiya yubiley loqosunu təqdim edib. Allsport.az saytı xəbər verir ki, rəmz yapon dilində xarici sözün yazılması üçün istifadə edilən “katakana” metodu əsasında hazırlanıb və stilizə edilmiş “50” rəqəmini nümayiş etdirir.

Loqonun elementləri Azərbaycan dilində “cüdo”, ingilis dilində isə “judo” sözlərini təşkil edən hərflərdən ibarətdir. “50” rəqəminin bu cür texnika ilə əks etdirilməsi cüdo idman növü üçün vacib olan çeviklik və uyğunlaşma prinsiplərini özündə ehtiva edir.

Həmin kateqoriyadan