Azərbaycan, İran və İraq cüdo federasiyaları arasında əməkdaşlıq

Azərbaycan, İran və İraq cüdo federasiyaları əməkdaşlıq müqaviləsi bağlayıblar. Allsport.az saytı xəbər verir ki, anlaşmanı ACF-nin vitse-prezidenti Sadıq Sadıqov, ölkəmizdə səfərdə olan İİRCF-nin rəhbəri Məhəmməd Deraxşanmübarək və İCF-nin başçısı Samir Əl-Musəvi imzalayıblar. Sazişinə əsasən federasiyaların dostluq münasibətlərini və qarşılıqlı əməkdaşlığı inkişaf etdirərək, bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarını, turnirlər, yoldaşlıq görüşlərinin təşkili və keçirilməsini olacaq.

Tərəflərin üzvü olan idman təşkilatlarının, elecə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılacaq. Məşqçilər və hakimlər üçün birgə seminarlar təşkil ediləcək. Müxtəlif təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi də nəzərdə tutulur. Həmçinin, müxtəlif yarışlarda təmsil olunmaq üçün zəruriyyət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi də gələcək planlar daxilindədir.

Görüşdə Sadıq Sadıqov qonaqlara xatirə hədiyyələrini təqdim edib.

Həmin kateqoriyadan