Azərbaycan – Lüksemburq: hakimlər müəyyənləşdi

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla matçına hakim təyinatları açıqlanıb.

Allsport.az xəbər verir ki, qarşılaşma avstriyalı hakimlər briqadasına tapşırılıb. Baş hakim Manuel Şüttenqruber olacaq. Ona yan xətt hakimləri qismində Roland Brandner və Robert Ştaynaxer kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yulian Vaynberger yerinə yetirəcək. 

Video-köməkçi hakimlər isə Harald Lexner və Sebastyan Gishamer təyin edilib.

Serbiyalı Milan Karaciç hakim-inspektor, ukraynalı Yuri Barbaş FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Noyabrın 11-də Bakı olimpiya stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçı saat 21:00-da başlanacaq.

Həmin kateqoriyadan