Azərbaycan və Gürcüstan cüdo federasiyaları birgə əməkdaşlığa başlayır

Azərbaycan cüdo federasiyasının prezidenti Rəşad Nəbiyev, Gürcüstan cüdo federasiyasının vitse-prezidenti David Kevxişvilini qəbul edib. Allsport.az saytı xəbər verir ki, görüş zamanı 2 ölkə arasında cüdo idman növü üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, müxtəlif yaş qrupları üzrə komandaların birgə təlim-məşqi, beynəlxalq və bölgələrarası yarışların təşkil edilməsi barədə razılıq əldə edilib.

13 apreldə Rəşad Nəbiyev beynəlxalq cüdo federasiyası tərəfindən yaradılan yeni texnologiyalar və yüksək məhsuldarlıq komissiyasına sədr seçilib. David Kevxişvili isə komissiyanın direktoru təyin olunub. Görüş zamanı komissiyanın fəaliyyətinin təşkili məsələləri müzakirə edilərək bu istiqamətdə növbəti addımlar müəyyən edilib.

Həmin kateqoriyadan