Azərbaycan və Gürcüstan-2017-nin seçmə mərhələsinin püşkü atılıb

Bu gün Azərbaycanın və Gürcüstanın 2017-ci ildə birgə ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, Lüksemburqda təşkil olunan tədbirdə seçmə mərhələsinin püşkatması olub.

Meydan sahibi olan Azərbaycan və Gürcüstan, həmçinin Rusiya, Niderland, Serbiya, Türkiyə və Almaniya milli komandalarının birbaşa vəsiqə qazandığı həlledici raunda digər 9 yer uğrunda 29 kollektiv mübarizə aparacaq.

Onlardan 8-i gələn il mayın 19-22-də birinci seçmə mərhələdə çıxış edəcək. Bu mərhələdə 2 qrup qalibi və ən yaxşı ikinci yerin sahibi növbəti raunda adlayacaq.

Həmin kateqoriyadan