Azərbaycanda ilk dəfə Avropa kuboku keçiriləcək

Allsport.az xəbər verir ki, Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa kuboku turnirinə ev sahibliyi edəcək.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış 6-7 may 2023-cü ildə Göygöl olimpiya idman kompleksində baş tutacaq.


Avropa cüdo birliyinin (ACB) rəsmi təqvimində olan turnirdə 20 ölkədən (Türkiyə, Gürcüstan, İsrail, Polşa, Monqolustan, Fransa, Portuqaliya və s.) 300-ə yaxın idmançı iştirak edəcək.

Avropa kuboku regionda təşkil edilən cüdo üzrə ilk rəsmi beynəlxalq statuslu yarışdır. Yarışın təşkili cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılmasına müsbət təsir göstərəcək.

Eyni zamanda, turnirin ümummilli lider Heydər Əliyev 100 illik yubileyinə həsr olunması onun Azərbaycanın güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyimizi göstərir.

ACF növbəti illərdə də Avropa kubokunun ölkəmizdə ənənəvi şəkildə təşkil edilməsi ilə bağlı ACB ilə əməkdaşlıq etməyə davam edəcək.

Həmin kateqoriyadan