Azərbaycanda yeni idman növü

Azərbaycanda əlil arabasında basketbol idman növü yaradılır. Allsport.az xəbər verir ki, milli komandaya idmançıların seçiminə başlanılıb. Əlil arabasında basketbol idman növü üzrə milli komandaya aşağıda göstərilən əlillik səbəbləri üzrə idmançıların seçimi aparılır:

1. Əzələ gücünün zəifliyi ( minimum olaraq 1 ayağın diz, ayaq biləyi, bud və çanaq oynağı nahiyəsində əzələ gücünün zəifliyi);
2. Hərəkət diapazonunun zəifliyi (ayağın diz, ayaq biləyi, bud və çanaq oynağı nahiyəsində hərəkətin məhdudluğu);
3. Minimum olaraq 1 ayağın atetozu və ya ataksiyası;
4. Aşağı ətrafların hər-hansı bir hissəsinin amputasiyası;
5. Ayaqların uzunluğunda fərq (minimum 6 sm).

Əlil arabasında basketbol idmanı üzrə məşğul olmaq istəyənlər milli karalimpiya komitəsi ilə əlaqə yaratmalıdır (0775055090 – idman şöbəsinin baş mütəxəssisi Rüfət Rəhimov).

Həmin kateqoriyadan