“Azərbaycanla oyunu qazanmaq önəmli idi”

“Bu qarşılaşmada üç xal qazanmaq önəmli idi”. Allsport.az xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Brunu Fernandeş Bakıda Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyunu barədə danışarkən deyib.

27 yaşlı yarımmüdafiəçi görüş ərzində yaxşı oynadıqlarını bildirib: “Bu andan etibarən bütün matçlarda qələbə qazansaq, DÇ-2022-yə vəsiqə qazanacağıq. Artıq qarşıdakı oyunları düşünməliyik”.

Komandanın digər futbolçusu Diequ Jota sentyabrdakı 3 qarşılaşmada qələbə qazandıqlarını xatırladıb: “Azərbaycanla görüşdə istədiyimiz oyunu sərgilədik və yaxşı nəticə əldə etdik”.

Matçda 3-cü qola vuran hücumçu, həmişə komandasına kömək etmək istədiyini sözə əlavə edib.

Həmin kateqoriyadan