Azərbaycanlı 2 cüdo hakimi beynəlxalq dərəcə alıb

Polşanın Poznan şəhərində beynəlxalq cüdo federasiyasının hakimlər üçün seminarı keçirilib. Alsport.az saytı xəbər verir ki, toplantıda ədalət təmsilçiləri imtahan veriblər.

Nəticədə, bizdən Məhəmmədəli QuluzadəRəşad Əliyev beynəlxaq status alıblar. Onlar seminara ACF-in dəstəyi ilə qatılıblar. Namizədlərlə ilk öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib.

Növbəti 2 gün ərzində namizəd referilər tatami üzərində Avropa kubokunun görüşlərini idarə edərək təcrübi imtahan veriblər. Hakimlərimiz Poznanda keçirilən gənclərin Avropa kubokunu uğurla idarə ediblər.

Həmin kateqoriyadan