- Baxış sayı: 575
- 07 May 2026 16:16
- Baxış sayı: 132
- May 08, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, İndoneziya paytaxtı Cakartada cüdoçuların Asiya birinciliyində Səudiyyə Ərəbistanı millisi yeniyetmələrdə gümüş və gənclərdə bürünc medal qazanıb.
Bu ölkənin milli olimpiya komitəsində cüdo üzrə performans direktoru həmyerlimiz Rüstəm Orucovdur.
Olimpiya mükafatçısı, Avropa çempionu və dünya çempionatlarının gümüş mükafatçısı həmin vəzifəyə bu il təyin olunub.