“Azərsu”nun həndbolçusu: Mən özüm hələ də bu oyunun şokundayam

Dünən qadın həndbolçuların ölkə kubokunun qrup mərhələsində keçirilən “Azəryol” və “Azərsu” görüşü dramatik keçdi. Adı ilk çəkilən komanda hesabda xeyli olmasına baxmayaraq, sonda təşəbbüsü itirdi və üstəlik, 7-metrlik zərbələrdə yenildi (28:28; 2:4-p). “Azərsu”nun mərkəz oyunçusu Marta Abbasova allsport.az saytına açıqlamasında qəbəyə hələ də inanmadığını deyib. 

“Mən özüm hələ də bu oyunun şokundayam (gülür). 2-ci hissədə bizdə alınması, hesabda 8 top geridəydik. Amma hansısa möcüzə sayəsində görüşün bitməsinə 15 dəqiqə qalmış fərqi tədricən azaldaraq, hesabı son dəqiqədə bərabərləşdirdik. Qızlara əhsən, təslim olmadılar, sonacan oynadılar. “Azəryol” yaxşı komandadır. Sadəcə, onların azca bəxtləri gətirmədi”. 

Həmin kateqoriyadan