- Baxış sayı: 47
- 07 May 2024 22:58
- Baxış sayı: 152
- May 06, 2024
- 0
Qadın həndbolçulardan ibarət “Azəryol” klubu Çağırış kubokunun 3-cü mərhələsində Türkiyə paytaxtında “Ankara Yeniməhəllə” ilə cavab oyununda yenilib.
Allsport.az saytı xəbər verir ki, ilk hissədə ev sahibələrinə 8:18 uduzan qızlarımız, növbəti yarıda yalnız fərqi azalda biliblər – 24:31.Bizdən ən cox İnarə Qasımova fərqlənib – 5 top.
Görüşləri kosovolu Şerif Xema və Jahya Besfort idarə ediblər. EHF nümayəndəsi gürcüstanlı Levan Gelaşvili olub. Xatırladaq ki, 1-ci matçda “Azəryol” 1 top üstünlüyü ilə sevinmişdi (30:29).