- Baxış sayı: 52
- 12 Noyabr 2026 22:32
- Baxış sayı: 383
- Noyabr 09, 2026
- 0

Məlum olduğu kimi, qadın həndbolçulardan ibarət “Azəryol” klubu Çağırış kubokunda mübarizəyə Türkiyədə başlayacaq. Allsport.az saytı xəbər verir ki, yarışa 3-cü mərhələdən qoşulacaq komandamızın rəqibi “Ankara Yeniməhəllə”dir.
Noyabrın 17-si və 18-də hər 2 görüş paytaxtda təşkil olunacaq. “THF Spor Kompleks”də keçiriləcək görüşlərin hakimləri kosovolu Şerif Xema və Jahya Besfortdur. EHF nümayəndəsi gürcüstanlı Levan Gelaşvilidir.