“Azəryol” Çağırış kubokunun ilk oyununda “Düdelanj”ı 21 top fərqi ilə üstələyib

“Azəryol” Çağırış kubokunun ilk oyununda “Düdelanj”ı 21 top fərqi ilə üstələyib

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu Çağırış kubokunda ilk oyuna çıxıb. Allsport.az saytı xəbər verir ki, vitse-çempion Lüksemburqda yerli “Düdelanj”ın qonağı olub.

Hər 2 hissədə üstün oynayan komandamız böyük fərqlə qalib gəlib – 36:15 (16:6). Bizdən ən məhsuldar həndbolçu hərəyə 6 dəfə fərqlənən Anastasiya Metelskaya və Mariya Raçiteleva olublar.

Görüşün hakimləri yunanıstanlı Mixail Mertinian və Evangelos Sirepisiosdur. Avropa Həndbol Federasiyasının nümayəndəsi almaniyalı Frank Bölhoffdur. Cavab görüşü bu gün keçiriləcək.

Həmin kateqoriyadan