“Azəryol” və Qarabağ” ölkə çempionatına qələbə ilə başlayıb

“ABU-arena”da qadın və kişi həndbolçular arasında ölkə çempionatı başlayıb. Allsport.az saytı xəbər verir ki, ilk mübarizə günündə 3 görüş keçirilib. Qadınlar arasında “Qarabağ” “Gənclər Birliyi”nə 34:20, “Azəryol” klubu “Nur” komandasına 24:21 hesabları ilə qalib gəliblər.

Kişilər arasında baş tutan yeganə matçda isə 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası “Təhsil” klubuna 21:27 hesabı ilə məğlub olub.

Bu gün “Gənclər Birliyi”–“Nur”, “Azəryol”–“Qarabağ”, “Məhsul”-“Nəsimi” qarşılaşmaları keçiriləcək. İlk dövrə fevralın 18-də bitəcək.

Həmin kateqoriyadan