- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 122
- İyun 25, 2026
- 0

Qadın həndbolçuların superliqasında 15-ci turun 2 oyunu keçirildi. Allsport.az saytı xəbər verir ki, ilk olaraq meydançaya “Azərsu” və “İdman Akademiyası” klubları çıxıb. Bu matçda çempionatın öncülü 34:16 hesablı ilə sevini.
Turun mərkəzi qarşılaşması “Azəryol” və “Nur” arasında oldu. Mingəçevir təmsilçisi 1-ci hissəsi 4 top üstünlüyü ilə qapadı (17:13). Növbəti yarının ortalarına qədər də qonaqlar irəlidə idi.
Amma sonradan toparlanan “yolçəkənlər”nəinki hesabı bərabərləşdirdi (20:20), hətta 2 top irəli çıxdı. Hərçənd tədricən təşəbbüsü yenidən “Nur”a verən Georgi Voronovu komandası 29:28 hesabı ilə qalib gəldi (yarış cədvəli ön səhifədə).