“Azəryol”un həndbolçusu: “Qarabağ”dan xeyli öndə olsaq da, hələ çempionluqdan danışmaq tezdir

Qadın həndbolçuların superliqasının 14-cü turunda qızıl medallara əsas iddialı “Qarabağ”a 33:23 qalib gələn “Azəryol” ardıcıl 2-ci çempionluq yolunda vacib addım atıb.

Aralarındakı xal fərqini 6-ya yüksəldən Georgi Voronovun komandası əməli olaraq uğuru öncədən təmin edib. “Yolçəkənlər”in krasnodarlı legionçusu Dərya Rusinova allsport.az saytına açıqlamasında durumu belə aydınlıq gətirib:

“Oyun çox ağıq keçdi, amma sevindiricidir ki, toparlana bildik, bir-birimizə dəstək verdik. vahid komanda olduq. Son haqqında indidən hesablaşmaq tezdir. Qarşıda 4 görüş qalıb, həyatda hər şey olur. Biz axıracan mübarizə aparacağıq”.

Həmin kateqoriyadan