- Baxış sayı: 53
- 11 May 2026 15:09
- Baxış sayı: 77
- May 11, 2026
- 0

Bu gün qadın həndbolçuların superliqasının 4-cü turunda “Azəryol” naməğlub “Azərsu”nu yenərək (29:22) ölkə çempionatında üçhakimiyyətlilik yaratdı.
Bu görüşdə ən yaxşılardan biri qalib komandanın cinah oyunçusu Mariya Raçiteleva oldu. Matçdan sonra 24 yaşlı milli əl topu ustasının allsport.az saytına qələbə şərhi belə olub:
“Bu görüşə çoxdan hazırlaşırdıq. Məşq prosesinə məsuliyyətli yanaşdıq. Baş məşqçi bizə müdafiədən oynağı tapşırmışdı. Sevindirici haldır ki, vəzifəmizin öhdəsindən gəldik və çoxdan gözlənilən qələbəni qazandıq”.