- Baxış sayı: 45
- 10 Avqust 2026 10:00
- Baxış sayı: 47
- Avqust 10, 2026
- 0

Bu gün qadın həndbolçuların superliqasının 5-ci turunda “Azəryol” paytaxtda “Nur”la üz-üzə gəldi. Gərgin keçən görüşün ilk hissəsində qonaqlar, digər yarısında ev sahibələri üstün oynadılar.
Nəfəs kəsən mücadilənin yekununda Georgi Voronovun komandası qalib gəldi (33:32). Matçdan sonra “Azəryol”un qapıçısı Yelizaveta Hilyazəddinovanın allsport.az saytına qələbə təəssuratı belə olub:
“Çox çətin idi. “Nur” yaxşı və çox təşkilatlanmış komandadır. Amma biz 2-ci hissənin sonlarında artırdıq, kollektiv hərəkətin hesabına qarşılaşmanı qazandıq. “Azəryol”da komanda ruhu yüksəkdir. Bir nəfər hamı üçün, hamı bir nəfər üçün. Bu, komandamızın şüarıdır”.