“Azəryol”un qapıçısı: Öz səhvimizdən heç-heçə etdik

Bu gün qadın həndbolçuların ölkə çempionatının 9-cu turunda 2 lider – “Azərsu” və “Azəryol” komandaları üz-üzə gəldilər. Matçın ilk hissəsi gümüş mükafatçıların üsyünlüyü ilə bitsə də, növbəti yarının ortalarında “suçəkənlər” toparlanaraq son saniyələrdə hesabı bərabərləşdirdilər (32:32).

Gərgin mübarizənin yekununda “Azəryol”un ukraynalı qapıçısı Yelizaveta Hilyazəddinova görüş barədə allsport.az saytına bunu söyləyib:

“Bu gün qalib gəlmək imkanımız vardı. Amma öz səhvimizdən heç-heçə etdik. Biz sonadək mübarizə apardıq, lakin səhvlər nəzərə alınmalıdır. Oyundan oyuna həm hücumda, həm də müdafiədə artırmağa çalışırıq. Ancaq hələ üzərimizdə işləməliyik.
Hər görüşdə səhvləri aradan qaldırmağa çalışırıq. Düzdür, hər zaman bu alınmır. Komanda 14 nəfərdən ibarətdir. Özümə gəlincə, çıxışımdan razıyam. 2 dəfə 7-metrlik zərbəni dəf etdim, həlledici anlarda bir necə dəfə təkbətək mübarizədən qalib ayrıldım”.

Həmin kateqoriyadan