Azlıqda olan “Qarabağ” qələbəni son 2 saniyədə qazandı

Bu gün “ABU-arena”da qadın həndbolçuların ölkə çempionatında 9-ci turun görüşləri oldu. Allsport.az saytı xəbər verir ki, mərkəzi oyunda “Qarabağ”“Azərsu” qarşılaşdı. İlk yarını Çingiz Əzimovun komandası 19:12 üstün qapadı.

Növbəti hissədə də “Qarabağ” hesabda xeyli öndə idi. Amma bölmənin ortalarından durumu ələ alan “Azərsu” son dəqiqədə tarazlığı bərpa etdi – 34:34. Bu zaman rəqib hətta 1 oyunçu azlıqda idi. Amma hücum fürsəti qazanan “Qarabağ” təcrübəli hücumçu Marina Tankaskayanın dəqiqliyi sayəsində bitimə 2 saniyə qalmış qələbə topunu vurdu (35:34).

Çempionatın lideri “Azəryol” autsayder “İdman akademiyası”nı 44:26 üstələyib.

Həmin kateqoriyadan