- Baxış sayı: 15
- 11 May 2026 20:30
- Baxış sayı: 84
- May 11, 2026
- 0
Bu gün “The Club Port Baku”nun idman zalında ölkə çempionatının final seriyasının 2-ci oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, 3-cü yer uğrunda qarşılaşmada “Bakı” ilk oyunda məğlub etdiyi (104:95) “Baku Oilers”ə bu dəfə məğlub olub – 73:79. Nəticədə, hərəyə bir qələbə olduğundan, bu kollektivlər daha bir görüşə çıxmalı olacaq.
Qızıl medallar üçün matç gərgin mubarizə şəraitində keçib. Amma AzTOP ilk oyunda çətinliklə yendiyi (67:62) NTD-ni bu dəfə daha asanlıqla üstələyərək (81:63), Azərbaycan çempionu adını qazanıb.