AzVİF prezidenti velosipedçilərlə görüşüb

Velosiped idmanı federasiyasının prezidenti Mədət Quliyev, bu gün respublika velotrekində müxtəlif yaş qrupları üzrə yığma komandaların üzvləri ilə görüşüb, onları qarşıdan gələn 31 dekabr – dünya Azərbaycanlılarının həmrəyliyi günü və Təqvim ili münasibətilə təbrik edib.

Allsport.az saytı xəbər verir ki, o, velosipedçilərin beynəlxalq yarışlarda uğur qazanması, ölkəmizi layiqincə təmsil etməsi üçün lazım olan bütün işlərin görüləcəyini və maddi-texniki təminatın daha yaxşılaşdırılıcağını deyib.

“Özünüzə inanın, vahid bir komanda olun. Sizi təkcə yaxşı velosipedçi yox, həm də Vətənimizin layiqli vətəndaşı kimi görmək istəyirik”, – deyən Mədət Quliyev bu cür görüşlərin tez-tez təşkil ediləcəyini bildirib.

Yığma komandanın baş məşqçisi Asif Həsənov və Elit yığma komandamızın kapitanı Elçin Əsədov səmimi görüşə görə federasiya prezidentinə təşəkkür edərək rəqabətə davamlı, güclü komanda formalaşdırılması üçün bütün qüvvələrin səfərbər ediləcəyini deyiblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish