- Baxış sayı: 25
- 19 May 2025 15:21
- Baxış sayı: 102
- May 18, 2025
- 0
“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Allsport.az xəbər verir ki, onun yubiley matçı Azərbaycan premyer liqasının XXI turunda baş tutub.
33 yaşlı müdafiəçi “Səbail”lə səfər qarşılaşmasında meydana çıxıb. Bədavi 250 görüşdə 4 qola imza atıb.
O, premyer liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. Hüseynov bütün qollarını Ağdam klubunda vurub.