İki qardaş federasiyanı təmsil edən azərbaycanlı idman məmurları peşəkar güləş liqasında – FOTO

İki qardaş federasiyanı təmsil edən azərbaycanlı idman məmurları peşəkar güləş liqasında – FOTO

Gürcüstan paytaxtında Amerika peşəkar güləş liqasının ilk xarici tədbiri başlayıb. Allsport.az saytı xəbər verir ki, “Əsl Amerika Sərbəstliyi”ndə (“Real American Freestyle” – RAF) adlı sanlı bahadırlar üz-üzə gəliblər.

Ən maraqla izlənilən görüş olimpiya çempionları Kayl Snayder ilə Əbdülrəşid Sədullayev arasında yüngül çəkidə çempionluq mübarizəsi olub.

Dağıstanlı güləşçi üçün siftə uğurlu alınmayıb. O, 3-cü hissədə dizindən zədə alıb, kürəri üstü düşüb və mübarizəni uduzub. Bu, Snayderin 2017-ci ildən bəri Sədullayevə qarşı ilk qələbəsi idi.

Dünyanın müxtəlif yerlərindən RAF-ı izləmək üçün xeyli güləş adamları dəvət alıblar. Onların içində Türkiyə güləş federasiyasının başqanı Taxa Ağgül və ötən ay TGF-nin beynəlxalq nümayəndəlik və xarici əlaqələr direktoru təyin olunan Əjdər Cəfərov da yer alıb.

Həmyerlimizi, Azərbaycan güləş federasiyasının etika və intizam komitəsinin üzvü Firdovsi Umudov müşayiət edib.

İyulun 27-dən avqustun 2-dək Bakıda yeniyetmələrin dünya birinciliyi keçiriləcək. Həmin nüfuzlu tədbirdə də TGF-in başçısı iştirak edəcək. Onun AGF-in baş katibi Pərvin Piriyevlə görüşü və tərəflər arasında əməkdaşlıq sözləşməsinin imzalanması gözlənilir.

Həmin kateqoriyadan