Azərbaycan klubunda italiyalı baş məşqçi

Azərbaycan klubunda italiyalı baş məşqçi

Yeni mövsümə hazırlaşan “Murov Az Terminal” kişi voleybol komandası baş məşqçi təyinatını rəsmiləşdirib.

Allsport.az xəbər verir ki, klub italiyalı mütəxəssis Françesko Cadeddunun 2026/2027 mövsümü üçün komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.

Mütəxəssis karyerası ərzində İtaliya çempionatı, İtaliya kuboku və superkubokunda uğurlar qazanıb, həmçinin CEV kuboku və Çağırış kuboku turnirlərində çıxış edib.

Cadeddu beynəlxalq arenada Sloveniya və Bolqarıstan milli komandalarında, o cümlədən əsas və U-21 yığmalarında çalışıb. O, 2023-cü ildə U-21 dünya çempionatının bürünc, 2025-ci ildə isə dünya çempionatının gümüş medal qazanan komandalarının məşqçilər korpusunda yer alıb.

Həmin kateqoriyadan